Prezident İlham Əliyevin imza vərəqələri MSK-ya təqdim olundu

SİYASƏT
14:00 20.08.2013
1201
Prezident İlham Əliyevin prezidentliyə namizədliyi üçün imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

AZXEBER.COM YAP-ın saytına istinadən xəbər verir ki, bu ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması üçün seçki sənədləri, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, avqust ayının 20-də Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Seçki sənədlərinə namizədin müdafiəsi üçün toplanmış 45 min seçici imzasından ibarət imza vərəqələri və qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər daxildir.

OXŞAR XƏBƏRLƏR