AZXEBER.COM YAP-ın saytına istinadən xəbər verir ki, bu ilin oktyabr ayının 9-da keçiriləcək prezident seçkilərində Azərbaycan Respublikasının prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin qeydə alınması üçün seçki sənədləri, Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, avqust ayının 20-də Yeni Azərbaycan Partiyası tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Seçki sənədlərinə namizədin müdafiəsi üçün toplanmış 45 min seçici imzasından ibarət imza vərəqələri və qanunvericiliklə nəzərdə tutulmuş digər sənədlər daxildir.