Rusiyada yaşayıb fəaliyyət göstərən azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarov ötən günlərdə Bakıya gəlib.
Əkiz övladları ilə virlikdə vaxt keçirtməyi sevən ifaçı onlarla gəzintiyə çıxıb. Getdikləri hər bir məkanda Emin Ağalarov övladları Əli və Mikayılın maraqlı görüntülərini kameranın yaddaşına salıb.
Müğənni-bəstəkar bundan əlavə olaraq iş həyatında da özünü göstərməyi bacarıb. İfaçı övladları ilə birlikdə olan fotolarını sosial şəbəkədə paylaşıb.






