Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının FİNALINDA

Prezident İlham Əliyevin nəvəsi dünya çempionatının FİNALINDA
İDMAN
10:32 18.05.2025
695
İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı parlaq nəticə göstərib.

AZXEBER.COM Azərbaycan Kunq-Fu Federasiyasına istinadla xəbər verir ki, yarışın ilk günündə milli komandamızın üzvü, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva "light sanda" kateqoriyasında final mərhələsinə yüksəlib.

Onun döyüşü tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib.

Turnirin rəsmi açılışında çıxış edən Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov ölkəmizdə idmana göstərilən dövlət qayğısına diqqət çəkib. O, Prezident İlham Əliyevin idmana verdiyi dəyər və dəstəyin Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğur qazanmalarında mühüm rol oynadığını bildirib.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR