"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanıb"

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük uğurlar qazanıb"
SİYASƏT
16:32 28.01.2023
258
"Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyuram”.

Bu sözləri Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycan və Misir arasında sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında səsləndirib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük uğurları xüsusi qeyd edən Misir Prezidenti deyib:

"Azərbaycan xalqının və hökumətinin səyləri nəticəsində yaradılmış bu gözəllikləri görmək bizi çox valeh etdi. Sizin ölkənizə davamlı inkişaf və tərəqqi arzu edirəm”.

Əbdülfəttah Əs-Sisi səmimi qəbula və qonaqpərvərliyə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
OXŞAR XƏBƏRLƏR