Prezident İlham Əliyevlə Fransanın prezidenti İçərişəhərdə - FOTOLAR

SİYASƏT
11:00 12.05.2014
1664

Prezident İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Olland ötən gün İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu gəziblər. Fransa Prezidentinə Azərbaycan tarixinin və mədəniyyətinin incisi olan İçərişəhər barədə məlumat verildi. Bildirildi ki, tariximizin canlı əfsanəsi olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. Prezident Fransua Ollandın diqqətinə çatdırılıb ki, İçərişəhər ərazisində alimlərimizin apardığı arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinə dair bir çox qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilib. İndi Azərbaycan muzeylərinin ən qiymətli eksponatları olan bu tapıntılar tariximizin qədim dövrlərinin öyrənilməsi üçün geniş imkanlar açır. Vaxtaşırı Bakıda olan qonaqlar hər zaman İçərişəhərə böyük həvəslə gəlir, buradakı nadir ab-hava bu mədəniyyət ocağına turistlərin marağını azalmağa qoymur. Sonra dövlət başçıları Muğam klubuna gəldilər. Fransa Prezidentinə klubun tarixi barədə məlumat verildi. İçərişəhərlə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar etdilər.

OXŞAR XƏBƏRLƏR