Prezident “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik etdi

Prezident “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik etdi
SİYASƏT
16:15 06.12.2022
308
"İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, Qanunun 7.2-ci maddəsinə bu hissə əlavə edilib:

"Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin əlaqələndirilməsi Milli Koordinator yanında ictimai əsaslarla fəaliyyət göstərən İşçi Qrup vasitəsilə həyata keçirilir. İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.
OXŞAR XƏBƏRLƏR