Prezident İqtisadi Şuranın tərkibində dəyişiklik etdi

SİYASƏT
16:59 25.01.2024
170
"Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 sentyabr tarixli 1151 nömrəli Fərmanında dəyişiklik edilib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. 

Fərmanla Azərbaycan Respublikasının İqtisadi Şurasının tərkibində dəyişiklik edilib. 
Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçisi İqtisadi Şuranın tərkibindən çıxarılıb. Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi şuranın tərkibinə daxil edilib.
OXŞAR XƏBƏRLƏR