Belarus prezidenti Aleksandr Lukaşenko istirahət vaxtlarında əsasən kənd təsərrüfatı ilə məşğul olduğunu açıqlayıb.AZXEBER.COM-un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Lukaşenko bu barədə Belarus aqrar universitetinin tələbələri ilə görüşərkən danışıb."İqamətgahın bütün sahəsini ideal şəkildə biçirəm. Bunu formada qalmaq üçün edirəm. Həm də mənim fermam da var: keçilər, qoyunlar, inəklər- ona görə də heyvanları qismən də olsa yemləməliyəm. Hələ odun da doğrayıram",- deyə Lukaşenko bildirib.