Prezident Keniyada Azərbaycan Səfirliyinin yaradılması barədə sərəncam imzaladı

Prezident Keniyada Azərbaycan Səfirliyinin yaradılması barədə sərəncam imzaladı
SİYASƏT
16:33 26.11.2022
250
Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Keniyada (Nayrobi şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.

Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Dövlət başçısı eyni zamanda, "Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu da təsdiqləyib.
OXŞAR XƏBƏRLƏR