Prezident Maliyyə Monitorinqi Xidməti haqqında fərman imzalayıb

İQTİSADİYYAT
17:56 31.01.2023
298
Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiq edilməsi barədə 23 fevral 2009-cu il tarixli fərmanının ləğv olunmasına dair fərman imzalayıb.

AZXEBER.COM xəbər verir ki, fərmana əsasən, Xidmətin fəaliyyətinin əsas məqsədi ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə öhdəlik daşıyan şəxslərin, "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.

Qurum həmin qanuna uyğun olaraq müvafiq sahədə monitorinq həyata keçirməli, öhdəlik daşıyan şəxslər, qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər, nəzarət orqanları və digər dövlət orqanları (qurumları) tərəfindən təqdim edilən, həmçinin informasiya resurslarından, açıq mənbələrdən və digər şəxslərdən əldə olunan məlumat və sənədləri toplamalı, şübhəli halları müəyyən etməli, o cümlədən risk qiymətləndirməsinin aparılması məqsədilə taktiki, strateji təhlil metodlarından istifadə etməklə təhlil etməli, şübhəli hallara dair əldə edilmiş məlumat və sənədlərin keyfiyyətini qiymətləndirməli, həmçinin təhlilin nəticələrinə əsasən tədbirlər görməlidir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya

13:32 13.02.2025

Bakıda mənzil qiymətləri niyə bahalaşıb? - Ekspertlər artımın səbəbini izah edir

13:31 13.02.2025

PKK şübhəlisi Yunanıstana qaçarkən tutuldu

13:21 13.02.2025

Bakıda mənzil qiymətləri niyə "əl yandırır"? - Evlərin qiyməti ucuzlaşmayacaq - AÇIQLAMA

13:11 13.02.2025

Elza Seyidcahan Zaur Nəbioğlunu məhkəməyə verdi - AÇIQLAMA

13:01 13.02.2025

"TikTok"da ərinin xəyanət etdiyini görən qadın DƏHŞƏT SAÇDI

12:58 13.02.2025

"Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir"