Prezident Milli Məclisə gələndə himn səslənəcək

Prezident Milli Məclisə gələndə himn səslənəcək
SİYASƏT
15:44 01.06.2020
779
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin iclaslarına gəldiyi zaman Azərbaycan Respublikasının Dövlət Himni ifa ediləcək.
OXŞAR XƏBƏRLƏR