AZXEBER.COM-un AzerTac-a istinadən verdiyi məlumata görə, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər qarşılayıblar. Dövlət başçısı fəxri qarovul dəstəsinin önündən keçib. Prezidenti Naxçıvan Muxtar Respublikasının rəhbər şəxsləri ilə görüşüb.Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.