Prezident Notr-Damla bağlı tvit paylaşdı

Prezident Notr-Damla bağlı tvit paylaşdı
SİYASƏT
14:35 16.04.2019
5238
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 15-də Notr-Dam kilsəsində baş vermiş güclü yanğınla bağlı Tvitter mikrobloqunda paylaşım edib. 

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı tvitlərini fransız və ingilis dillərində qeyd edib.

"Fransanın və dünyanın mədəni irs incilərindən biri olan Paris Notr-Dam kilsəsində baş verən yanğınla bağlı dərindən kədərləndim. Ümid edirəm ki, abidə qısa müddət ərzində bərpa olunaraq yenidən bəşəriyyətə qaytarılacaq”, - deyə İlham Əliyev bildirib.

OXŞAR XƏBƏRLƏR