Prezident Ofisi: "Ukrayna torpaqlarını azad etməliyik"

Prezident Ofisi: "Ukrayna torpaqlarını azad etməliyik"
DÜNYA
11:35 23.09.2022
265
"Biz Ukrayna torpaqlarını dərhal azad etməliyik”.

Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində bildirib.

"Bu gün Ukraynada hüquqi əsası olan hansısa tədbir keçirilmir. "Referendum” təbliğat üçün şoudur", - o deyib.

Qeyd edək ki, rəsmi Kreml işğal altında saxladığı bir sıra ərazilərdə, o cümlədən Donetsk, Luqansk və Zaporojye vilayətlərində bu əraziləri Rusiyaya birləşdirmək üçün "referendum” keçirilməsini elan edib.
OXŞAR XƏBƏRLƏR