Prezident onu öldürmək istəyən şəxsə hamının içində görün nə dedi - VİDEO

DÜNYA
16:28 03.11.2015
23190

Çeçen Respublikasının hüquq müdafiə orqanları ölkə başçısı Ramzan Kadırova qarşı sui-qəsd hazırlamış Arqun şəhərinin 20-yə yaxın vətəndaşını həbs edib.

Ramzan Kadırovun özü İnstagram səhifəsində bəyan edib ki, saxlanılan şəxslərdə danışıb və onlara islah olmaları üçün şans verib.

Bildirilir ki, Arqunda təxribata cəlb olunmuş gənclərin yaxınlarının da iştirak etdiyi görüş təxminən 5 saat çəkib. Valideynlər Kadırovu tam dəstəkləyərək, övladlarına daha ciddi nəzarət edəcəklərinə söz veriblər.

Məlum olub ki, gənclər təcrübəli təbliğatçının toruna düşüblər. O, gəncləri elə döndərib ki, potensial terrorçular hər şeyə hazır olublar.

Ramzan Kadırovun sözlərinə görə, «cahil imam» gənclərə Çeçenistan prezidentini din düşməni kimi tanıtdırıb. O, həmçinin xatırladıb ki, ekstremistlər və onların təşviqatları Çeçenistanı qanlı müharibəyə sürükləyib: «Bu gün Rusiyanın düşmənləri əvvəlki ssenaridən istifadə etmək istəyirlər və bunun üçün gənclərdən istifadə edirlər».

OXŞAR XƏBƏRLƏR