Prezident palata ilə bağlı fərman imzaladı - RÜFƏT ASLANLI VƏZİFƏSİNİ İTİRDİ

Prezident palata ilə bağlı fərman imzaladı  - RÜFƏT ASLANLI VƏZİFƏSİNİ İTİRDİ
SİYASƏT
18:56 04.10.2018
9002

Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsinin Direktorlar Şurası ləğv olunub.

 

Bu məsələ Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi Palatanın yeni nizamnaməsində öz əksini tapıb.

 

Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir.

 

Bundan əvvəlki nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı Direktorlar Şurasına həvalə edilmişdi. 

 

Direktorlar Şurası ləğv edildiyindən sədr, müavin və üzv vəzifələrini itiriblər.

 

Qeyd edək ki, Direktorlar Şurasının sədri Rüfət Cəbrayıl oğlu Aslanlı, Direktorlar Şurasının sədrinin müavini Nigar Ramiz qızı Məmmədova, Direktorlar Şurasının üzvü isə İlqar Nazim oğlu Muradov idi.

 

Bu gün Prezident İlham Əliyevin imzaladığı  "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında"  Fərman ilə müəyyən edilib ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin üzvləri bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq təyin olunana qədər İdarə Heyətinin vəzifələrini Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının bu Fərman qüvvəyə mindiyi günədək formalaşmış İdarə Heyəti həyata keçirir.

 

Yeni Nizamnamədə bildirilir ki, Palatanı idarəetmə orqanı İdarə Heyətidir.

 

Palatanın İdarə Heyəti  Palataya ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyətinin tərkibi beş nəfərdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən, onun iki müavinindən və digər iki üzvdən ibarətdir.

 

Köhnə Nizamnaməyə görə, Palatanın İdarə Heyəti Baş icraçı direktor, onun iki müavini və digər altı nəfər üzvdən ibarətdir.

 

Hazırda Palatada mövcud rəhbərlik 

İbrahim Əsəd oğlu Alışov – Baş icraçı direktor

Asim Asəf oğlu Zülfüqarov – Baş icraçı direktorun müavini, Strateji xidmətlər departamentinin direktoru

Əfqan Məhəmməd oğlu Baxışov – Hüquq və icraat departamentinin direktoru

İmran İsmayıl oğlu Məmmədov – Bank fəaliyyətinə nəzarət departamentinin direktoru

Fuad Həşim oğlu Sadıqov – Sığorta bazarına nəzarət departamentinin direktoru

Cavid Rüstəm oğlu Nəzərov – Maliyyə bazarlarına nəzarət departamentinin direktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
13:30 14.10.2026
Media və Yayım Şurası: İranın “Səhər” telekanalı dezinformasiya yayıb
Bakıda 14 küçə və prospekt təmir ediləcək
13:29 14.10.2026
Bakıda 14 küçə və prospekt təmir ediləcək
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
13:27 14.10.2026
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
13:20 14.10.2026
Sevgi etirafı, üzrxahlıq, bəd nəzər - Milli geyimimiz kəlağayının tarixi
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
13:12 14.10.2026
Yeni kartdan-karta qaydaları vətəndaşlara da aiddir? - Rəsmi açıqlama
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
13:06 14.10.2026
Sosial şəbəkələr iqtisadiyyata və milli təhlükəsizliyə təhdiddir - Rolan Mammadlinski
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
12:48 14.10.2026
Bərabər geyim, bərabər dəyər, ortaq gələcək - VİDEO
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
12:43 14.10.2026
Kartdan-karta köçürmələr niyə pullu olur? - İqtisadçı açıqladı
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
12:33 14.10.2026
Evinizin divarları nəmlənir? – Çıxış yolu BUDUR
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
12:22 14.10.2026
“Analar deyirdilər ki, “Mənim övladımın hekayəsidir” - Ceyhun Osmanlı
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
12:10 14.10.2026
“Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
12:00 14.10.2026
Ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edildi
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
11:55 14.10.2026
Kartdan karta köçürmələrdə komissiya tutulacaq - Bu tarixdən
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
11:51 14.10.2026
Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
11:39 14.10.2026
Türkiyədə “Halk TV” telekanalına qarşı əməliyyat keçirildi, saxlanılanlar var
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi
11:33 14.10.2026
İranda xarici mediaya məlumat ötürən şəxs edam edildi