Prezident parlamentdə dindiriləcək

DÜNYA
11:18 05.11.2012
1271
İran prezidenti Mahmud Əhmədinejad ölkə parlamentində ikinci dəfə də dindiriləcək.
APA-nın İran mətbuatına istinadən məlumatına görə, İran parlamenti bununla bağlı qərar qəbul edib.
M.Əhmədinejadın ölkə parlamentində dindirilməsinə 77 millət vəkilinin topladığı imza səbəb olub. Qanuna əsasən, İran prezidenti bir ay müddətində ölkə parlamentinə gələrək deputatların suallarını cavablandırmalıdır. Millət vəkilləri isə M.Əhmədinejada əsasən İranın milli valyutası olan rialın devalvasiyası, valyuta bazarındakı gərginlik, buğda və avtomobil idxalı və s. problemlərlə bağlı suallar ünvanlayacaqlar.
Qeyd edək ki, bu ilin martında da ölkə tarixində ilk dəfə İran prezidenti parlamentə çağırılaraq, hökumətin iqtisadi siyasəti ilə bağlı deputatların müxtəlif suallarını cavablandırıb. 

OXŞAR XƏBƏRLƏR