Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik
SİYASƏT
11:30 15.11.2026
83

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir.​

AZXEBER.COM xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda bildirilib.

"Biz bundan sonra da qardaş Fələstin xalqına humanitar dəstək göstərməyə davam edəcəyik", – deyə dövlət başçısı vurğulayıb.

OXŞAR XƏBƏRLƏR