Ankarada Türkiyə-Əfqanıstan-Pakistan Üçtərəfli Sammit başlayıb. Türkiyə prezidenti Abdulla Gül zirvə toplantısı üçün Ankaraya gələn Pakistan prezidenti Asif Əli Zərdarini qarşılayarkən, kiçik bir problem yaşanıb.Böyük Şərəf Qapısının önündə Zərdarini qarşılayan Abdullah Gül qonağı ilə birlikdə içəri girmək istəyərkən qapı səlahiyyətli şəxslər tərəfindən açılmayıb. Türkiyə prezidenti qapını döydükdən sonra fikri dağınıq işçilər səhvlərini başa düşərək, qapını açıblar.Pakistan prezidentindən sonra Əfqanıstan prezidenti Həmid Kərzai də Böyük Şərəf Qapısı önündə Türkiyə prezidenti tərəfindən qarşılanıb. Türkiyə-Əfqanıstan-Pakistan Üçtərəfli Sammitindən əvvəl Abdullah Gül Əfqanıstan, daha sonra isə Pakistan prezidenti ilə təkbətək görüşəcək. Bundan sonra hər üç prezidentin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dörd-tərəfli görüş planlaşdırılır.