Azərbaycan prezidenti İlham Əliyev avqustun 24-də "Qarabağ” futbol klubunun heyətini qəbul edib.
AZXEBER.COM-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev bu gün "Qarabağ” futbol klubunun heyətini qəbul edib.
Klubun prezidenti Tahir Gözəl klub adından ölkə başçısına xatirə hədiyyəsi təqdim edib.
Prezidentə "Qarabağ”ın 10 nömrəli forması, eləcə də, üzərində futbolçuların avtoqrafı olan top hədiyyə olunub.
Qeyd edək ki, ölkə başçısı 3 il əvvəl də "Qarabağ”ın heyətini qəbul etmişdi. Həmin görüşdə də dövlət başçısına 10 nömrəli forma hədiyyə olunub.









