Prezident Qazaxıstana yeni səfir təyin etdi

Prezident Qazaxıstana yeni səfir təyin etdi
SİYASƏT
17:27 16.07.2021
2428
Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
 
AZXEBER.COM məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

OXŞAR XƏBƏRLƏR