Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

SİYASƏT
15:11 22.05.2020
1006
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZXEBER.COM-un xəbərinə görə, təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin hidayət yolu olaraq bəşəriyyətə göndərildiyi Ramazan ayı insanları saflığa, vəhdətə, şəfqət və mərhəmətə dəvət edir. Bu ayda möminlər Uca Yaradan qarşısında mənəvi borclarını ödəmək fürsəti qazanır, əxlaqi-ruhi kamilliyin nəfs üzərində qələbəsinin sevincini yaşayırlar.

Builki Ramazan ayını dünyanın böyük təhlükə ilə üz-üzə qaldığı mürəkkəb bir şəraitdə başa vururuq. Mövcud vəziyyət əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri edir. Qarşılaşdığımız qlobal bəla ilə mübarizənin uğuru daha çox cəmiyyətin hər bir üzvünün yüksək məsuliyyəti və intizamlı davranışından asılıdır. Müqəddəs kitabımız Quran da daim birlik və bərabərliyə, sosial yardımlaşma və xeyirxahlığa çağırır. Əminəm ki, həmişə belə nəcib keyfiyyətləri ilə seçilən və milli-mənəvi dəyərlərini uca tutan xalqımız öz mütəşəkkilliyi və həmrəyliyi sayəsində bu çətinliyi də geridə qoyacaqdır.

Əziz bacı və qardaşlarım!

Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq duyğuları ilə yola salırlar. Bu mübarək bayram günlərində ölkəmizin firavanlığı və əmin-amanlığı naminə etdiyiniz dualara qatılır, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir daha ehtiramla yad edirəm.

Oruc və ibadətlərinizin Allah dərgahında qəbul olunması diləyi ilə hər birinizə möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:59 15.07.2020

Maykl Esyendən Azərbaycana dəstək - FOTO

19:29 15.07.2020

Özbəkistan XİN sərhəddəki vəziyyətlə bağlı bəyanat yaydı

19:24 15.07.2020

Polad Bülbüloğlu Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında keçirilən mitinqdə iştirak edib - VİDEO

19:07 15.07.2020

Ermənilər Yerevandakı Ukrayna səfirliyinə hücum etdilər - VİDEO

18:59 15.07.2020

Milli Məclisin binasına dəyən maddi ziyanın məbləği açıqlandı

18:45 15.07.2020

Şəhid polkovnikin oğlu Prezidentin ona zəngindən danışdı - VİDEO

18:39 15.07.2020

Türkiyə PUA-ları Ermənistanla sərhəddə uçuşlar həyata keçirir - FOTO

18:22 15.07.2020

Azərbaycan gənclərinə müraciət qəbul olundu

18:03 15.07.2020

Azərbaycan Prezidentinin köməkçisi ilə Ermənistan XİN başçısının debatı olub

17:54 15.07.2020

Deputatlar Ağdam kəndində - FOTO

17:43 15.07.2020

Vitse-spiker Milli Məclisə hücumdan danışdı: “Təxribatçılar erməniyə bərabərdir”

17:40 15.07.2020

Tovuzda mülki şəxsin ermənilər tərəfindən öldürülməsi ilə bağlı cinayət işi başlanıldı

17:38 15.07.2020

Adil Əliyev: “Prezident və Birinci vitse-prezident Tovuz hadisələrinin ilk günündən xalqın yanında olublar”

17:37 15.07.2020

Tovuzun Ağdam kəndində hazırkı vəziyyət - FOTOREPORTAJ + VİDEO

17:33 15.07.2020

Qəbələnin dağlıq ərazilərinə dolu düşüb - Faktiki hava

17:25 15.07.2020

Xələf Xələfov: “Həmsədrlər hər dəfə ümumi bəyanatla kifayətlənir”

X Mostbet