Prezident Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı

Prezident Sabir Rüstəmxanlı ilə bağlı sərəncam imzaladı
SİYASƏT
16:00 19.05.2026
1316
Sabir Rüstəmxanlı "Şərəf” ordeni ilə təltif edilib.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Qeyd edilib ki, o bu təltifə Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, mayın 20-də Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin I, II, III, IV və VI çağırış deputatı olmuş Sabir Rüstəmxanlının 80 yaşı tamam olur.
OXŞAR XƏBƏRLƏR