Prezident Səbaildə yolların yenidən qurulmasına 1,2 milyon manat ayırdı - SƏRƏNCAM

Prezident Səbaildə yolların yenidən qurulmasına 1,2 milyon manat ayırdı - SƏRƏNCAM
SOSİAL
15:19 17.10.2022
120
Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, Sərəncamla Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
OXŞAR XƏBƏRLƏR