MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, İşçi Qrup 2013-cü il oktyabrın 9-na təyin edilən prezident seçkilərində, prezidentliyə namizədlərin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş lazımi sənədlər msk-ya təqdim edildikdən sonra qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparacaq. Bundan sonra isə işçi qrupunun rəyi nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunacaq. MSK üzvü İlham Məmmədov isə İşçi qrupunun rəhbəri təyin edilib.