Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin paylanmasına başlanılıb

Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin paylanmasına başlanılıb
SİYASƏT
12:10 02.04.2018
3642
Aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən sechki-2018.az saytına verilən xəbərə görə, MSK üzvləri, MSK Katibliyinin rəhbərliyi və əməkdaşları, eləcə də dairə seçki komissiyalarının sədrləri və katiblərinin iştirakı ilə Milli Məclisin Mətbəəsində keçirilən tədbirdə beynəlxalq və xarici qurumlar, kütləvi informasiya vasitələri və seçki prosesinin iştirakçıları olan müxtəlif subyektlərin prosesi yaxından izləmələrinə şərait yaradılıb.
 
İlk gün - aprelin 2-də seçki bülletenlərinin Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, konsul idarələrində və gəmilərdə yaradılan seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 41 seçki dairəsinə, növbəti 2 gün ərzində isə respublikanın digər bütün seçki dairələrinə təhvil verilməsi nəzərdə tutulur.

Tədbirdə seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və prosesin təşkili barədə kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilib, aşkarlığın və şəffaflığın təmin olunması üçün bütün mərhələlərin media mənsubları tərəfindən hərtərəfli işıqlandırılmasına tam şərait yaradılıb, eyni zamanda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təmin olunan təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxil İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, martın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 5 milyon 347 min 803 ədəd bülleten çap olunub. Seçki Məcəlləsinə əsasən bülletenlər dairə seçki komissiyalarına paylandıqdan sonra, seçki gününə azı 3 gün qalmış dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
14:21 17.03.2026
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın FOTOSU
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert
14:14 17.03.2026
"Bu, qadınların daha kütləvi şəkildə hərbi xidmətə cəlb edilməsi üçündür" - Hərbi ekspert