Prezident seçkilərində namizəd olacaq Baydenin daha bir fırıldaqçılığı ortaya çıxdı

Prezident seçkilərində namizəd olacaq Baydenin daha bir fırıldaqçılığı ortaya çıxdı
DÜNYA
12:35 27.04.2023
242
2024-cü il seçkilərində iştirak etmək qərarına gəldiyini açıqlayan ABŞ Prezidenti Co Bayden Cənubi Koreya prezidenti Yoon Suk Yeol ilə birgə mətbuat konfransında iştirak edib və jurnalistlərin kamerasına düşən video böyük müzakirələrə səbəb olub.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Baydenin əlindəki kağızda ona ünvanlanacaq suallar, sual verəcək jurnalistlərin adları, işlədiyi qurum və fotoşəkillərinin olduğu görülüb. 
 
Baydenin tutduğu və zaman-zaman baxdığı qeydlərin ətraflı fotoşəkillərini çəkən Reuters müxbirləri, Baydenin əlindəki qeydlərdə ona yönələcək sualların, sualları verəcək jurnalistlərin adlarının, onun idarə etdiyi qurumun olduğunu ortaya qoyublar.

Baydenin ona ünvanlanacaq suallar üçün əvvəlcədən hazırlaşdığı, hətta sual verəcək jurnalistlərin adlarının tələffüzünün belə yazıldığı müəyyən edilib.
 
Baydenə ilk sualı Los Angeles Times qəzetinin müxbiri Kortni Subramanyanın verəcəyi və sualların təfərrüatlarının yer aldığı bildirilib.
 
Qeyd edək ki, Bayden daha əvvəl də oxşar üsulla vərəqlərlə mətbuat konfranslarına qatılmışdı və bu vəziyyət respublikaçıların reaksiyalara səbəb olmuşdu.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR