Prezident seçkisinin dəqiq tarixi bəlli oldu

DÜNYA
13:47 07.09.2012
1698
İranda növbəti prezident seçkisi 2013-cü il iyunun 14-də keçiriləcək.APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin hesabatında bildirilir. Sənəddə həmçinin qeyd olunur ki, həmin gün parlamentdə boş qalmış dörd yerə və bütün ölkə ərazisində bələdiyyə seçkiləri də keçiriləcək.Qeyd edək ki, 2005-ci ildən prezident kürsüsünü tutan Mahmud Əhmədinejadın səlahiyyət müddəti 2013-cü ildə bitir. M. Əhmədinejad ardıcıl olaraq iki müddətə prezident seçildiyindən növbəti seçkidə namizəd ola bilməyəcək.Ancaq İran prezidentinin Rusiyadakı kimi Putin-Medvedyev formulundan istifadə edərək 2013-cü il prezident seçkisində özünün ən yaxın adamı, qudası, Prezident Administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşayini namizəd göstərəcəyi, ardından da 2017-ci ildə yenidən prezidentlik kürsüsünə qayıdacağı iddiası irəli sürülüb. Bu fərziyyə M. Əhmedinejadın İran dövlət televiziyasına müsahibəsində prezidentliyinin son ili ilə bağlı suala "Son il olacağını haradan bilirsən" deyə cavab verməsi ilə ortaya atılıb.Məlum olduğu kimi, Rusiya prezidenti Vladimir Putin ölkə konstitusiyasına görə ardıcıl olaraq üçüncü müddətə seçilə bilmədiyi üçün 2008-ci ildə kreslosunu baş nazir Dmitri Medvedyevlə “dəyişmişdi”. “Tandem” adlanan bu siyasi taktika ilə V. Putin bu il təkrar prezidentliyə geri dönüb.

OXŞAR XƏBƏRLƏR