Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib - İşçi qrupu yaradılıb

Prezident sənədsiz evlərlə bağlı tapşırıq verib - İşçi qrupu yaradılıb
SOSİAL
11:03 17.05.2019
8476
"Azərbaycanda bütün sənədsiz evlərə sənəd veriləcək".

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Binəqədi rayonunun sakinlərilə görüşdə deyib.

Onun sözlərinə görə, uzun illərdir ev tikdirib, sənəd ala bilməyən vətəndaşların problemləri artıq aradan qaldırılacaq.

"30 ildir evi tikib, orada yaşayır, amma sənədləşdirə bilmir. Cənab Prezidentin tapşırığı ilə komissiya yaradılıb və bu məsələ yaxın günlərdə nəinki Bakı, ölkə üzrə öz həllini tapacaq”, - deyə Eldar Əzizov bildirib.
OXŞAR XƏBƏRLƏR