Prezident Serbiya Baş nazirinin müavinini qəbul etdi

Prezident Serbiya Baş nazirinin müavinini qəbul etdi
Siyasət
17:11 24.12.2018
4097
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Serbiya Respublikasının Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçi qəbul edib.

AZXEBER.COM xəbər verir ki, Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiç, ilk növbədə, Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Eyni zamanda Rasim Lyayiç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlət başçısına çatdıraraq, Serbiya tərəfinin Prezident İlham Əliyevin Belqrada səfərini səbirsizliklə gözlədiklərini bildirib. O, Belqradda Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının uğurla keçirildiyini vurğulayaraq, orada əməkdaşlığımızın genişlənməsi ilə bağlı istiqamətlərin müəyyən edildiyini diqqətə çatdırıb.

Dövlət başçısı Serbiyanın Baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçin səfərinin əlaqələrimizin perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Serbiya Prezidenti ilə bu il beynəlxalq tədbirlər çərçivəsində təmaslarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Söhbət zamanı ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsində uğurla inkişaf etdiyi bildirilib, iqtisadi sahədə əməkdaşlığın siyasi sahədə əlaqələrin səviyyəsinə yüksəlməsi istiqamətində səmərəli işlərin həyata keçirildiyi bildirilib, əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən infrastruktur, kənd təsərrüfatı, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində dinamik şəkildə inkişaf etdiyi qeyd olunub.

Dövlət başçısı Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Serbiya Prezidentinə çatdırmağı xahiş edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
15:03 09.08.2025
“İlham Əliyev tarix yazan, tarix yaradan bir liderdir” - Xoşqədəm Hidayətqızı yazır
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
14:52 09.08.2025
Sumqayıtda evdən 45 min manat oğurlanıb, yerinə üzərində “etibarsız” yazılmış əskinas qoyulub
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
14:29 09.08.2025
Rusiyanın 6 aeroportunda uçuşlar dayandırıldı
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
14:17 09.08.2025
“Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayırıq”
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
14:02 09.08.2025
Maya Sandu Azərbaycan və Ermənistanı təbrik edib
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
13:49 09.08.2025
Qriqoryan: İran əvvəllər blokadanın aradan qaldırılmasını dəstəklədiyini bəyan edib
Şəkidə 5 otaqlı evdə yanğın olub
13:40 09.08.2025
Şəkidə 5 otaqlı evdə yanğın olub