Fransanın “Sent-Etyen” futbol klubunun prezidenti Rolan Romeyer aprelin 20-də Parisdə “Renn”lə keçirəcəkləri Liqa Kubokunun final matçına velosipedlə gedəcək.Səbəb Romeyerin məşqçilər heyətinə mərcdə uduzmasıdır.“Sent-Etyen” yarımfinalda “Lill”i penaltilər seriyasında məğlub edib – 7:6. Bu görüş öncəsi Romeyer deyib ki, komandası finala yüksəlsə, həlledici görüşə velosipedlə yollanacaq. O, vədinə xilaf çıxmayıb və klubun icraçı direktoru Dominik Roşeto ilə birgə səfərə çıxacağını açıqlayıb.