Prezident Sumqayıtda açılış etdi - Fotolar

Prezident Sumqayıtda açılış etdi - Fotolar
SOSİAL
15:38 18.07.2018
4494
İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub.
 
AZXEBER.COM xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya prezidenti Sercio Mattarella açılış mərasimində iştirak ediblər.

İlham Əliyev və Sercio Mattarella tədbirdə çıxış ediblər.

Sonra SOCAR-ın prezidenti Rövnəq Abdullayev və "Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato çıxış ediblər.

Azərbaycan və İtaliya prezidentlərinə zavod haqqında məlumat verilib.

Dövlət başçıları müəssisənin məhsullarına baxıblar.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR