"Azərbaycanın qədim şəhəri olan Qəbələyə xoş gəlmisiniz”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.
Dövlət başçısı TDT-yə uğurla sədrlik etmiş Qırğız Respublikasına təşəkkür edib.
Prezident İlham Əliyev qeyd edib ki, bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır.
"Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir”, - təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu vurğulayan dövlət başçısı qeyd edib.