İran Baş qərargahının Türkiyə və Suriya sərhədində “Patriot” Zenit-Raket Kompleksi batareyasının yerləşdirilməsinin dünya müharibəsinə səbəb ola biləcəyini bəyan etməsindən sonra İran prezidenti Mahmud Əhmədinejad bazar ertəsi Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb.AZXEBER.COM-un məlumatına görə, bu barədə Türkiyənin “Today's Zaman” qəzeti yazıb.Əhmədinejadın Türkiyənin Konya əyalətinə səfəri fars sufi şairi Cəlaləddin Ruminin ölümünün 739-cu ildönümü ilə əlaqədar olaraq keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə planlaşdırılmışdı.