"Prezident üzərinə düşən funksiyanı ən mükəmməl səviyyədə yerinə yetirdi" - Deputat

"Prezident üzərinə düşən funksiyanı ən mükəmməl səviyyədə yerinə yetirdi" - Deputat
SİYASƏT
16:13 06.11.2022
350
"Ordu quruculuğunda aparılan islahatlar, müasir texnologiyalardan istifadə edilərək ordunun yaradılması, hibrid müharibənin aparılmasında milli kadrlardan istifadə edilməsi, müxtəlif dövlətlərin ən müasir silahlarından istifadə olunması məhz Prezidentin nəzarəti və göstərişi ilə həyata keçirilən məsələlər idi". 
 
Bu sözləri AZXEBER.COM saytına açıqlama verən Milli Məclisin deputatı Arzu Nağıyev deyib. 

O, Vətən Müharibəsində qazanılan qələbənin İlham Əliyevin qətiyyətinin nəticəsi olduğunu bildirib: 

"Ümumiyyətlə, 44 günlük müharibəsində qələbə Azərbaycan prezidenti, Ali baş komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun rəşadəti və şəhadəti şərəf sayan Azərbaycan anasının, bacısının vəhdəti hesabına olub. Azərbaycan prezidenti İlham Əliyevin məhz ordu quruculuğunda apardığı islahatlar, müasir texnologiyalardan istifadə edərək ordunun yaradılması və hibrid müharibənin aparılmasında milli kadrlardan istifadə etməsi,müxtəlif dövlətlərin ən müasir silahlarından istifadə etməsi məhz birbaşa prezidentin nəzarəti və göstərişi altında həyata keçirilən məsələlər idi. Bundan başqa hərbi sənaye kompleksinin inkişafı və bunun Azərbaycanda istifadəsi çox mühüm məsələ idi.

Müharibə zamanı milli kadr potensialının istər NATO, istərsə digər standartlara uyğun yetişdirilməsi birbaşa cənab prezidentin göstərişi ilə həyata keçirilmişdi.
 
Deputat deyib ki, İlham Əliyev informasiya müharibəsinin də ön cəbhəsindədir: 
 
"44 günlük Vətən müharibəsi zamanı ən mühüm məsələlərdən biri informasiya müharibəsi idi. 4 dildə informasiya müharibəsini apararaq, bunun önündə getmək, bütün dünyaya Azərbaycanın haqq səsini çatdırmaq prezidentin qətiyyətli çıxışları nəticəsində oldu. Bundan sonra beynəlxalq səviyyədə yüksək tribunalardan Azərbaycanla bağlı haqq-ədalət səsini ortaya qoymaq, bütün dünya ölkələrinə çağırış edərək və 30 il işğalda olan torpaqların azad edilməsi bizim ərazi bütövlüyümüzün bərpası demək idi. Sevindirici haldır ki, bunu cənab Prezident dünyaya çatdıra bildi. Düşünürəm ki, bu düşünülmüş siyasət idi. 

Prezident üzərinə düşən funksiyanı ən mükəmməl səviyyədə yerinə yetirdi. Prinsipiallıq, qətiyyət, milli dəyərlərə söykənmək və eyni zamanda dostun-dost, düşmənin düşmən olduğunu ortaya qoymaq prezidentin sayəsində oldu. Buna görə də 44 günlük müharibədə qələbənin əsas faktorları məhz bu oldu".

Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR