Prezident və birinci xanım Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasının AÇILIŞINDA - FOTOLAR

Prezident və birinci xanım Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasının AÇILIŞINDA - FOTOLAR
SİYASƏT
20:53 01.11.2021
367
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı rayonunda akademik Heydər Hüseynov adına Çarhan kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.

AZXEBER.COM xəbər verir ki, məktəbin əvvəlki binası 1972-ci ildə inşa olunmuşdu. Orta təhsil müəssisəsi tədris üçün artıq yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üçün yeni binanın tikilməsinə qərar verildi.

Diqqətə çatdırıldı ki, 420 şagird yerlik məktəb binası 5 korpusdan ibarətdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.

Qeyd edək ki, Heydər Əliyev Fondu elmin və təhsilin inkişafını daim diqqət mərkəzində saxlayır, bu sahədə dövlət tərəfindən görülən işlərə öz töhfəsini verir. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil sahəsində ardıcıl olaraq irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələr sırasına "Uşaq evlərinin və internat məktəblərinin inkişaf proqramı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə dəstək” və "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları daxildir. Fondun bu proqramları çərçivəsində Şamaxı rayonunda da müxtəlif illərdə yeni təhsil ocaqlarının tikintisi, təmiri və lazımi avadanlıqla təmin edilməsi üzrə bir sıra layihələr reallaşdırılıb.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb