Prezident və məmurların adından saxta müraciət yayanlar ifşa edildi

Prezident və məmurların adından saxta müraciət yayanlar ifşa edildi
SOSİAL
09:27 20.06.2024
292
Dövlət və ictimai xadimlərin adından saxta müraciətlər hazırlayan kibercinayətkar şəbəkə ifşa olunub.

Bu barədə AZXEBER.COM-a Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, kibercinayət yolu ilə Azərbaycan Prezidentinin, digər dövlət və ictimai xadimlərin adından süni intellekt proqramları - "deepfake” texnologiyaları vasitəsilə saxta videomüraciətlərin hazırlanması, bu yolla müxtəlif sosial şəbəkələrdə Dövlət Neft Şirkəti ("SOCAR”), "Kapital Bank”, "Azərbaycan Beynəlxalq Bankı” tərəfindən iri məbləğlərdə qazanc vədi verən saxta elanlar yaymaqla vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 272.2.1, 272.2.2 (Mütəşəkkil dəstə tərəfindən təkrar olaraq kompüter məlumatlarını qanunsuz ələ keçirmə), 273-2-ci (Kompüter məlumatlarının saxtalaşdırılması) və 178.3.1 (Mütəşəkkil dəstə tərəfindən dələduzluq) maddələri ilə cinayət işi başlanılıb.

Məlumatda bildirilir ki, cinayət işi üzrə kompleks araşdırmalar aparılaraq kibercinayətlərin törədildiyi ölkələr müəyyən edilib, həmin dövlətlərin aidiyyəti orqanları ilə operativ prosessual əməkdaşlıq çərçivəsində beynəlxalq kibercinayətkar şəbəkə ifşa olunmuş, qeyd olunan cinayət əməllərinin qarşısı alınıb.

"Müəyyənləşdirilib ki, kibercinayətkarların yaratdıqları saytlara istinadən internetin Azərbaycan seqmentinin istifadəçilərinə təqdim edilən çoxsaylı saxta elanlarda vətəndaşlar müxtəlif investisiya layihələrinə pul vəsaiti yatırmağa dəvət edilib, köçürülən vəsaitlərin müntəzəm olaraq əhəmiyyətli dərəcədə artması görüntüsü yaradılıb, vəd edilən investisiya qazancının zərərçəkmiş şəxslərin bank kartlarına köçürülməsi adı altında, habelə kibercinayət yolu ilə sonuncuların kart məlumatları əldə edilərək həmin kartlardakı pul vəsaitləri ələ keçirilib", - məlumatda deyilir.

Azərbaycanın və digər ölkələrin vətəndaşlarının külli miqdarda pul vəsaitlərini analoji cinayət əməlləri ilə ələ keçirən beynəlxalq kibercinayətkar qruplaşmanın üzvləri Ukrayna ərazisində yerli hüquq-mühafizə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib, transmilli mütəşəkkil dəstənin cinayət əməllərinin törədilməsində iştirak edən Azərbaycan vətəndaşları - 1998-ci il təvəllüdlü Zöhrabov Rafiq Mahir oğlu və 1979-cu il təvəllüdlü Niftalıyev Sərdar Əlixan oğlu Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunub, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə araşdırmalar və beynəlxalq hüquqi əməkdaşlıqdan irəli gələn cinayət-prosessual tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
21:27 12.03.2025
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib