Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin II Fəxri xiyabanda dəfn mərasimi başlayıb.
Onların cənazələri II Fəxri xiyabana gətirilib.
Mərasimlə əlaqədar dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri xiyabana axın edirlər.
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın adından 2-ci Fəxri Xiyabana əklillər göndərilib.
Həmin görüntüləri təqdim edirik: