Prezident və xanımı Roma Papası ilə görüşüb - FOTOLAR

SİYASƏT
00:26 07.03.2015
1641

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Roma Papası Fransisklə görüşüblər.

AZXEBER.COM xəbər verir ki, APA-nın Vatikan radiosuna istinadən verdiyi məlumata görə, bu barədə Papanın mətbuat xidmətinin yaydığı kommünikedə deyilir.Görüşdə dinlərarası dialoq və münaqişələrin həlli ilə bağlı danışıqlar prosesi əsas müzakirə mövzuları olub.Daha sonra prezident İlham Əliyev Vatikanın dövlət katibi, kardinal Petro Parolin və onun dövlətlərlə münasibətlər üzrə müavini Antuan Kamilleri ilə görüşüb. Müzakirə zamanı ikitərəfli münasibətlərin inkişafından razılıq ifadə edilib. Xüsusilə katolik icmasını vəziyyəti ilə bağlı məsələlər, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinə yönəlmiş təşəbbüslər diqqət mərkəzində olub. Görüşdə regional və beynəlxalq vəziyyət də müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR