Prezident yanında Gənclər Fondunun Müşahidə Şurası: Kimlər getdi, kimlər qaldı?

TOP4
14:28 06.03.2017
3679
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
 
AZXEBER.COM-un məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilib:

Dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Babayev İntiqam Vaqif oğlu - Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Bayramov Ceyhun Əziz oğlu- Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri

Məmmədov Cavid Nəriman oğlu - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini.

Gənclər təşkilatlarından

Mehdiyev Nurəddin Səftər oğlu - "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Seyidov Mirhəsən Mirheydər oğlu - "İrəli” İctimai Birliyinin sədri

Hüseynov Seymur Elşad oğlu - Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu - "Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri.

 

Qeyd edək ki, Müşahidə Şurası ilə bağlı bundan öncəki sərəncam 2013-cü ilin mart ayında verilmişdi. 4 il əvvəl Müşahidə Şurasına üzv seçilən Azərbaycan Respublikası təhsil nazirinin keçmiş müavini Qulu Novruzovu, yeni naziri müavini Ceyhun Bayramov əvəz edib.
 
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovu isə nazirliyin aparat rəhbəri Rafiq Bayramov əvəz edib.
 
Gənclər təşkilatlarından da 2 dəyişiklik olub. Belə ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov və "Sabah" qruplarının rəhbəri Şahin Seyidazdəni "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov və Gənclər Təşkilatları Millli Şurasının sədri Seymur Hüseynov əvəz edib.

 

OXŞAR XƏBƏRLƏR