Gürcüstan prezidenti Mixail Saakaşvili Yeni ili Əfqanıstanda qeyd edəcək.AZXEBER.COM-un məlumatına görə, RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, o 2013-cü ili İSAF-ın tərkibindəki Gürcüstan sülhməramlıları ilə birgə qarşılamaq niyyətindədir. Məlumatı “Novosti-Qruziya” yayıb.Onun belə bir qərara gəlməsi barədə məlumat Gürcüstan prezidentinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilib.“Əfqanıstanda xidmət edən Gürcüstan hərbçiləri 2013-cü ili ölkənin ali baş komandanı ilə birgə qarşılayacaqlar. Gürcüstan dövlətinin başçısı Gilmənd əyalətinə Yeni ildən qabaq səfər edəcək, hərbçiləri bayram münasibətilə şəxsən təbrik edəcək və Yeni il gecəsini də onlarla birlikdə qeyd edəcək”- məlumatda deyilir.Qeyd edək ki, bu, Gürcüstan prezidentinin Əfqanıstana ikinci səfəridir.