Prezident yol tikintisinə 13,5 milyon manat ayırdı
SOSİAL
17:36 27.06.2019
3501
Prezident İlham Əliyev 64 min nəfərin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Xocəsən-Lökbatan avtomobil yolunun 0-1-ci kilometrlik hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 13,5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.