Prezident Zərifə Əliyeva adına poliklinikanın açılışında iştirak edib

MAQAZİN
16:40 30.05.2012
2214
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri davam edir.
AzərTAc-ın məlumatına görə, mayın 30-da dövlət başçısı akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər poliklinikasının açılışında iştirak edib.Poliklinika altımərtəbəli binada yerləşir. Binanın beşinci və altıncı mərtəbələrində yeni yaradılmış stomatoloji mərkəz fəaliyyət göstərir. Burada on kabinet, əməliyyat və rentgen otaqları və protez diş laboratoriyaları var. Mərkəz on stomatoloji qurğu, panorom rentgen, diş rentgeni, müxtəlif avtoklav və sterilizatorlar, lazer müalicə cihazı, diş müayinəsi, cərrahiyyəsi, protez və texniki alət dəstləri, tələbələr üçün yeddi, müəllimlər üçün isə bir fanton masa dəsti və digər avadanlıqla təchiz edilib. Burada 12 həkim, 19 orta tibb işçisi və 20 kiçik tibb işçisi çalışır.Poliklinikada iki terapiya, cərrahiyyə, rentgen, laboratoriya, ümumilikdə beş şöbə fəaliyyət göstərir. Burada oftalmoloq, nevroloji, ginekoloji, fizioterapiya, stomatoloji, kardioloji, revmatoloji, ultrasəslə müayinə, lor, travmatoloji, yoluxucu xəstəliklər, profilaktik müayinə və herontoloji kabinetləri var. Poliklinikanın binasında aptek, bufet, iclas zalı və sinif otaqları da yaradılıb.Poliklinikada Naxçıvan şəhərinin 66,2 min sakininə xidmət göstərən 12 sahə terapevti fəaliyyət göstərir. Poliklinikaya laboratoriya üçün avtoanalizatorlar, rentgen, elektrokardioqrafiya, ultrasəslə müayinə aparatları, lor və cərrahiyyə üçün müayinə, eləcə də cərrahi alətlər dəsti, göz kabineti üçün şirim lampası, binokulyar lupa, oftalmoskop və digər zəruri avadanlıq verilib. Burada 37 həkim, 56 orta tibb işçisi və 31 kiçik tibb işçisi vətəndaşlara xidmət göstərir.

OXŞAR XƏBƏRLƏR