Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli və Cəbrayıla səfər edib.
AZXEBER.COM-un verdiyi xəbərə görə, cəbhə bölgəsinə səfərdən görüntüləri Birinci vitse-prezident rəsmi İnstaqram hesabında paylaşıb. Paylaşımda dövlət başçısı işğaldan azad olunmuş bölgələrimizə səfər edərkən avtomobili özü idarə edib.
Görüntüləri isə maşında əyləşən birinci xanım Mehriban Əliyeva lentə alıb.