Prezidentdən Lənkəran icra hakimiyyəti ilə bağlı - SƏRƏNCAM

Prezidentdən Lənkəran icra hakimiyyəti ilə bağlı - SƏRƏNCAM
SİYASƏT
18:27 07.06.2017
1467
Azərbaycan Prezidenti İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
 
AZXEBER.COM-un məlumatına görə, sərəncamda deyilir: "1. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon (yeddi milyon beş yüz min) manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.
OXŞAR XƏBƏRLƏR