Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Polad Bülbüloğlunun "Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu "Heydər Əliyev” ordeni ilə təltif edilib.