Prezidentdən sərt xəbərdarlıq - “Bunu edənlərin vicdanı, imanı yoxdur”

Prezidentdən sərt xəbərdarlıq - “Bunu edənlərin vicdanı, imanı yoxdur”
SOSİAL
22:19 09.10.2018
5553
"Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər”.

AZXEBER.COM AzərTac-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident qeyd edib ki, bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir.

"Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə - təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Bax, bu, görülən işlərin nəticəsidir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq.

"Bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq. Amma, eyni zamanda, biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil.

Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir.

Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək”,- deyə prezident İlham Əliyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
19:39 27.08.2025
Aİ Trampın avtomobillər və mallar üzrə tariflərin azaldılması tələbi ilə razılaşacaq
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
19:28 27.08.2025
HƏMAS-ın yüksək vəzifəli şəxsi öldürülüb
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
19:10 27.08.2025
İsrail HƏMAS-a qarşı əməliyyat keçirib, külli miqdarda vəsait müsadirə olunub
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
18:57 27.08.2025
İtaliya millisinin heyətində Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
18:39 27.08.2025
İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
18:27 27.08.2025
"Roma"nın yarımmüdafiəçisi A Seriyasının digər təmsilçisinə keçə bilər
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
18:07 27.08.2025
Tramp: Corc Soros və oğlu məsuliyyətə cəlb olunmalıdır
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
17:52 27.08.2025
Atası tərəfindən döyüldüyü iddia edilən iki yaşlı körpə xəstəxanaya yerləşdirildi
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
17:34 27.08.2025
Turizm eksperti: “Azərbaycana turist axınında azalma müşahidə olunur”
DOST Mərkəzindəki yanğın söndürüldü
17:23 27.08.2025
DOST Mərkəzindəki yanğın söndürüldü
Xırdalanda DOST Mərkəzi yanır
16:56 27.08.2025
Xırdalanda DOST Mərkəzi yanır
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
16:54 27.08.2025
Mirzoyan: Azərbaycanla sülh müqaviləsinin imzalanması və ratifikasiyası planlaşdırılır
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
16:36 27.08.2025
Telefonunu götürmək üçün kanala girən gəncin meyiti tapıldı
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
16:32 27.08.2025
Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
16:24 27.08.2025
"Əllərini vicdanlarına qoysunlar" - "Muğam müsabiqəsi"ndə etiraz edən xanəndə danışdı
Dilarədən yayın son akkordları... - Fotosessiya
16:21 27.08.2025
Dilarədən yayın son akkordları... - Fotosessiya