Prezidentdən sərt xəbərdarlıq: “Heç bir toxunulmaz məmur yoxdur” - VİDEO

Prezidentdən sərt xəbərdarlıq: “Heç bir toxunulmaz məmur yoxdur” - VİDEO
SİYASƏT
00:08 04.02.2020
7933
Fevralın 3-də "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
 

AZXEBER.COM xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda çıxış edib.

 Prezident məmurlara sərt xəbərdarlıq edərək bunları deyib: "Bütün iqtisadiyyat kölgədən çıxmalıdır. Bütün sahibkarlar vergi ödəməlidir. Əgər mənim bu sözlərimdən sonra kimsə yenə köhnə qayda ilə işləyəcəksə, kiməsə arxalanacaqsa bu alınmayacaq. Heç kimə güzəşt yoxdur. Hər kəs bərabərdir. Heç bir toxunulmaz sahibkar yoxdur, toxunulmaz məmur da yoxdur".
 
Günel Hüseynli

OXŞAR XƏBƏRLƏR