Prezidentə ayı hədiyyə edildi - FOTO

DÜNYA
17:00 30.05.2013
1707
ABŞ prezidenti Barak Obamaya oyuncaq ayı hədiyyə edilib.AZXEBER.COM-un "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, Amerikanın Nyu-Cersi ştatatının qubernatoru Kris Kristi prezidentlə gəzintiyə çıxıb.Barak Obama "Sendi" qasırğasının vurduğu ziyanı araşdırmaq üçün ştata səfər edib. Gəzinti zamanı prezidentin diqqətini sahildəki uduşlu oyun aparatı cəlb edib.Obama beş dəfə cəhd etsə də heç bir hədiyyə qazana bilməyib. Qubernator isə birinci cəhdindən hədəfi vura bilib. Ona hədiyyə qismində yumşaq ayı balası oyuncağı verilib.Kris Kristi isə qazandığı hədiyyəni prezident Barak Obamaya bağışlayıb.

OXŞAR XƏBƏRLƏR